Novruz Bayramınız mübarək olsun
(Aşıqsayağı)
Tutun xonçaları, əkin səməni,
Ay ellər vətənə gözəl yaz gəlir.
Açın qapıları, pəncələri,
Buraxın içəri, xoş bahar gəlir.
Əvvəl çərşənbədir, hobbanın sudan,
Ağrımız, acımız suya tökülsün.
Belə buyrulmuşdur, dədə babadan,
Bu da bir bayramdı, qoy hamı bilsin.
Bil odlar yurdudur, bizim yurdumuz,
Biz oddan, alovdan keçib gəlmişik.
Hələ qabağdadır "od" çərşənbəmiz,
Bahar bayramına xoş gəlmişsiniz.
Yel əsdi apardı dərdi, qadanı,
Ocaqda qaynayır Novruz qazanı.
Yığılıb insanlar şənlik eyləyir,
Cağırın qoy gəlsin indi Ozanı.
Torpaq cana gəlir, oyanır deyən,
Torpağı həmişə qoru, saxla sən.
Torpaq, torpaq olar, əkib becərsən,
Əkib becərməsən, qoruma heç sən.
Gözəl həyatımız heç vaxt solmasın,
Nə azar, nə bezar bir də olmasın.
Həkimə ehtiyac daha qalmasın,
Firdovsi söyləyər həyat şən olsun,
Novruz bayramınız mübarək olsun.
02.03.2014 Siyəzən Həkim
Bayramınız mübarək olsun
(8 Mart qadınlar bayramına ithaf edirəm)
Ey əziz analar, gözəl qadınlar,
Sizin bayramınız mübarək olsun.
Analar yenilməz bir qaladırlar,
Qədrin bilməyənə deyək ar olsun!
Onlardır həyata yeni can verən,
Onaqiymət verməz bunu bilməyən.
Açar qucağını öz övladına,
Bir doğma anamız, bir də ki, Vətən!
Biri südün verər, böyüdər bizi,
O, biri əbədi məskənimizdir.
Gəlin düzgün verək qiymətimizi,
Hər iksi döyünən ürəyimizdir.
Mən borclu qalmaram heç vaxt, heç zaman,
Eşitsin analar, bir də ki, vətən.
İnan dağılsa da yer, göy, asiman,
Bilin ayrılmaram mən heç birindən.
07. 03.2014 Siyəzən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB