Vətən, vətən olarmı heç?!...
Ürəyimə qübar salır, eşidəndə azan səsi!
Görən nəyə haraylayır "Qarabağın şikəstəsi"?!
Bəlkə bağlı otaqlarda, anamızdır nalə cəkən!
Əsir qalıb o, yadlarda! Ərşə qalxıb ah naləsi!
Yığ altına milyonları, kimə gərək bu var dövlət,
İtiririk olanları, necə dözsün buna qeyrət?!
Axır gedir al qanımız, yada düşmür olub keçən,
Güllə yağır başımıza, ayılmırıq biz nəhayət!
Yaxşı deyib əl çalırıq, bu gün yenə yamanlara,
Bəsdir daha aldanırıq, quru sözə yalanlara.
Nə gözləyir deyin bizi? Açıq səma, duman, ya çən?!
Kimdən umaq köməymizi? Cavab verin suallara!
Cavanlarımız eyş-işrətdə, yeyib içib baş qatırsa!,
Od püskürən nər oğullar, zindanlarda bil yatırsa!
Can bədəndən, bədən candan ayrı düşüb, yaşamırsa!
Bölgələrə parçalanıb, oluruqsa biz qan içən!
Vətən, vətən olarmı heç?!, olmasa canından keçən!
Siyəzən şəhəri
07.02.2014
Qurtula bilmədik.
Xəzər dənizində, Günəşli yatağında baş verən yanğın faciəsinə həsr olunur.
Allahım, nə idi de günahları,
Qərq etdin dəryada günah sızları.
Bir parça çörəyin qurbanı oldu,
Kimsəyə çatmadı hay-harayları!
Haram üstələyib çoxdan halalı,
Kim verib, kim verib bu ixtiyarı?!
Cavab istəyirəm ey Ulu Tanrı.
Niyə zülümkardır insana insan?!
Həyat belə imiş ta yaranışdan,
Kimlərsə milyonlar qazanmaq üçün.
İstismar eləyir milyon insanı,
Kimlərsə quruca bir ad-san üçün.
Bir cana satırlar minlərlə canı!
Hanı haqq-ədalət, hardadı qanun,
İnsan möhtac olub qəpik-quruşa.
Qanı bahasına qazandıqların,
Çatdıra bilməyir bahardan qışa!
Bu zülüm, haqsızlıq çox gede biməz,
Çörəyin yediyin kütlə əyilməz.
İçi mən qarışıq tamaşaçıyıq,
Onların əzabı gözə görünməz!
Gəlin bir nəticə çıxarağın biz,
Allahın verdiyi bu cəzalardan.
Cənnət və cəhənnəm qoxusuyla biz,
Qurtula bilmədik haqsızlıqlardan!
04.12.2015
Həqiqəti yazacağam!
(Bəşər övladına üzümü tutaraq)
Toxam, toxam.
Acam, acam.
Varam, varam.
Yoxam, yoxam.
Boğazımdan asılsam da,
Həqiqəti yazacağam!
Bəsdir daha xalqın
seçim etmədiyi,
Bir kimsəyə əli belə
yetmədiyi,
Şöhrətpərəst, quldurları
yığdıq başa.
Belə getsə düşmən ilə
Kim gedəcək de savaşa!
Nə qədər ki, işbazlarmız,
Girib "qarət" yarışına.
Yığıb qohum qardaşını,
Kef eyləyir, öz başına.
Torpaq geri qayıdarmı?!
Millət, millət sayılarmı?!
Cavab verin sualıma!
Nə qədər ki, varlı, kasıb
Çirkabında boğuluruq
Nə qədər ki, qorxaq olub,
Onun, bunun arxasına soxuluruq.
Zaman, zaman biz beləcə doğuluruq
Üzə çıxarmı həqiqət?!
Yox olarmı de cəhalət?!
Varlıların uşaqları
"Xaric" deyib qaçırlarsa,
Orda qalıb "madamlara"
İsti qucaq açırlarsa,
Kim alacaq torpaqları?!
Cavab verin sualıma
Millətimin, ey qeyrətli oğulları!
Bərabərlik söz olaraq
Kağızlarda yazılırsa,
Düz deyənin ağzına daş basılırsa
Azadlıqmız xəyallarda dolaşırsa
Bəs nə vaxta bütöv Vətən olacağam?!
Baş altına yastıq qoyub yatacağam?!
Mən ölüncə həqiqəti
həqiqəti yazacağam!
18.07.2015
Mübarəkdir
Özün kimi adın da müqəddəsdir dünyada,
Səni gələn nəsillər hər an salacaq yada.
Sənə arxa dayaqdır həyatda İlhamın da,
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.
Açıldı gözəl səhər, gəlişinlə ölkəmə,
Özün tək addımladın, baş əymədin heç kimə,
İlahi görkəminlə çevirildin hakimə
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.
Ucaldı bayrağımız, ucadan uca oldu,
Sən açdığın cığırlar genişləndi yol oldu
Sən getdin, arzuların ölkəmizdə çin oldu
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.
Uyuduğun torpağın ziyarətgaha döndü,
Tikildi yeni məscid, dedilər Heydərindi
Daha fikir etmirəm, bütün dünya mənimdi
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.
Daha ziyarətgahım, qibləgahım sən oldun,
İşinlə-əməlinlə peyğəmbərə tən oldun,
İlahi nəfəs kimi, sanki, ruhuma doldun
Mübarəkdir adına tikilən yeni məscid
Sən, öz əməllərinlə müqəddəslik yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.
28.12.2014
Ad günü
Qızım Çinarənin ad gününə)
Yaşının üstünə bir yaşda gəldi,
Dedim ağıllandı, bəlkə düzəldi.
Şirin yuxudaydım,lap səhər tezdən,
Telefon zəng çaldı, siqnalı gəldi.
Yazmışdı bu günü yadında saxla,
Bu gün ad günümdür bölüş anamla.
Sevincdən gözlərim yaşardı birdən,
Sevinc göz yaşları axdı gözümdən.
Axı Bakıdaydı, dərs günü idi,
Yəqin ki, yuxudan tez durmuşdu o.
Baxdım ki, saata yeddi on yeddi,
Həmin bu saatda doğulmuşdu o.
Mən də cavab yazdım "Əziz Çinarəm,
On doqquz yaşını təbrik edirəm.
Doğurdan çıxmışdı tamam yadımdan,
Yenə təbrikin var doğma anandan,
Bir də səni sevən Şəfa bacından. ,,
08.12.2015
Tülkü ilə dovşanın nağılı
Nəvəm dedi ay baba,
Mənə nağıl desənə,
Dedim ay gözəl balam,
İndi söylərəm sənə,
Təki nağıl de mənə.
Günlərin bir günündə,
Dovşan durmuşdu tində,
Gördü bir tülkü gəlir,
Çanta tutub elində.
Baxdı asta gəlir o,
Yıxılıb, durur, deyən,
Əlində dürmənci var,
Dişləyib yeyir hərdən.
Tülkü çatıb dovşana,
Belə söylədi ona,
Yaman xəstələnmişəm,
Tamam əldən düşmüşəm.
Yoxdur nə oğlum, qızım,
Soba qalasın qızım,
Durub gəldim bir təhər,
Görüm kim rast gələr.
Bir az söhbət edərik,
Çəmənlikdə gəzərik,
Yazığı gəldi dovşanın,
Qoca, xəstə tülküyə.
Dedi gedək gəzək biz
Burda durmuşuq niyə?
Tülkünün fikirində,
Dovşanı yemek idi,
Çantanı tutub əldə,
O qabaqda gedirdi.
Dedi mənim dovşanım,
Ağrıyır ayaqlarım,
Oturaq çörək yeyək,
Sonra şənlənək, gülək.
Dovşan fağır qız idi,
Həyatda yalqız idi,
Yox idi bir həmdəmi,
Yetişdi tülkü əmi.
Oturdular süfrəyə,
Başladılar yeməyə,
Tülkü sıçradı birdən,
Gərək bunu yeyəm mən.
Tutdu bərk, bərk dovşanı,
Sordu dostların hanı?
Dovşan dedi yalqızam,
Evdə tənha bir qızam.
Yalvardı o, qızcığaz,
Nə olar burax məni,
Əgər məni buraxsan,
Sevindirəcəm səni.
Söylədi yetim qızam,
Evdə tənha yalqızam,
Vardır mənim palazım,
O deyil mənə lazım,
Verərəm apararsan,
Üstündə uzanarsan.
Tülkü baxdı dörd yana,
Görmədi o, bir kəsi,
Diş atdı boğazına,
Tezcə kəsilsin səsi.
Dovşan çapalayırdı,
Kömək haraylayırdı,
Canavar eşidib səsi,
Qaçdı gəldi tez ora,
Qaralmışdı nəfəsi,
Aşırdı ora, bura.
Xeyli fikirə getdim,
Danışmadım bir qədər,
Nəvəmə diqqət etdim,
Tutub onu qəm, kədər.
Birdən dilləndi nəvəm,
Bəs nə oldu, baba can?
Yaş axdı gözlərindən,
Keçirirdi həyəcan.
Dedim ey əziz nəvəm,
Gəldi çıxdı canavar,
Xilas etdi dovşanı,
O gündən çox sevdilər
Bu xilaskar heyvanı.
Güclülər gücsüzlərə,
Kömək etsə hər zaman,
Heç bir çətinlik olmaz,
Həyat olar firavan.
İndi gözəl Zinyətim,
Yadında yaxşı saxla,
Dedin məndə söylədim,
Qulaq asdın nağıla.
Canavar canavardı,
Vardır adı üstündə,
Həmişə qalacaqdır,
Tülkü Tülkülüyündə.
Siyəzən şəhəri
14.12.2013
Vətən xaini
Ey arxadan zərbə vuran, qan tökən,
Niyyətini başqa vaxta saxla sən.
Sənə çörək verir, saxlayır vətən,
Söylə vətən üçün sən neyləmisən?!
Arxa axtarırsan özünə hər gün,
Vətəni yadlara sən satmaq üçün.
Vicdanın içində düşübdür düyün,
Anana xainsən, çürükdür için!
Pul ilə aldığın bir diplomun var,
Əldə tutub onu, şüar edirsən.
Deyirsən alimsən, bir ixtıran var?!
Niyə adımızı bəndam edirsən.
Qurub yaradırlar, görməyir gözün,
Düşmən kəsilmisən özünə özün.
Əyri işlərinə mən necə dözüm,
Heç vaxt düz gəlməyir əməlin, sözün!
Oturub çardaqlı malikanədə,
Özgə dəyirmana su tökürsünüz.
Anan ermənidir sənin bəlkə də,
Köknüzü, soynuzu gizlədirsiniz!
Qurtar gəl bu çirkin əməllərinlə,
Ana vətən dedik Azərbaycana.
Boğaram mən səni, bu əllərimlə,
Əgər xain çıxsan doğma anana!
Siyəzən şəhəri
01.02.2014
Oxu Ehtiram
( Muğam müsabiqəsi iştirakçısı)
Oxu sən Ehtiram, oxu qardaşım,
Səhərdən səsinin ecazındayam,
Çəkib aparmısan ağlımı başdan,
Özüm də bilmirəm indi hardayam.
Nədir səsində ki, bu ahu nalə,
Qarabağ dağımı vardır sinəndə,
O, böyük Allahdır dərdi verən də,
Vaxt gələr özü də eyləyər çarə.
Dinlədim bu səhər mən segahını,
Ürəyim ağrıdı, oxuma daha,
Oxu qatarımı, çahargahımı,
Nikbin arzularla gedim sabaha.
Arifin ,,Qarabağ" şikəstəsində,
Bir dünya aləm var, hər kəlməsində,
Xırda boğazlarla, zənguləsində,
Həzinlik duyulur incə səsində.
Nədir muğamatda ruhlara qida,
Bəlkə sığal üçün yaranıb o da,
Mən onda tapıram dərdimə çarə,
Beynim yorulanda, baş ağrıyanda!
Siyəzən şəhəri
12.01.2014
O, mənim İlhamımdır!
Ölkənin qüdrətini, millətin qeyrətini
bilə-bilə gəldi o,
Gələcəyin nurunu, xalqının uğrunu
görə- görə gəldi o,
İlahidən payımız, ən böyük imdadımız
biz deyirik hamımız,
Olacaq İlhamımız!
Doğuldu günəş kimi, bizi isitsin deyə,
Şəfəqlərini yaydı ki, gözümüz görsün deyə,
Son qoydu avamlığa, əbədi mütiliyə
Güvəncimdir,hayımdır
O mənim İlhamımdır!
Var – balaca ölkəsi, lakim ucadır səsi,
Qurur yaradır hər gün, tükənməzdir həvəsi,
Arxasında görür o, tanrını, müqəddəsi,
Güvəncimdir, hayımdır
O mənim İlhamımdır!
Uğurları günbəgün artır, çoxalır onun.
Başqa yolu getməyir, gedir Allahın yolu,
Əzəmətlə yeriyir, o, görür sağın, solun,
Güvəncimdir, hayımdır
O mənim İlhamımdır!
Döndəribdir ölkəni, böyük iqamətgaha,
Düşmən onu vurammaz, yaxın durmaz bir daha,
Ümüdlərlə boylanır, Azərbaycan sabaha,
İlham kimi qeyrətli, Mehriban tək ismətli,
Həm oğlu, həm qızı,
Onlar mənim payımdır,
Güvəncimdir, hayımdır
Əməli məşəl kimi, işıq saçır dörd yana,
O, gücünü göstərir, gücün bilməz hədyana,
Düşmən kimdir ki, onun qabağında dayana,
Alınmaz qaladır o, xarüqələr yaradır,
Güvəncimdir, hayımdır, sevincimdən payımdır,
O mənim İlhamımdır!
O mənim İlhamımdır!
Siyəzən şəhəri
24.11.2013
Ürəklərdə yaşasın
(Qədir Qızılsəsə ithaf edirəm)
"İlk məhəbbət" səsindəki naləmi,?!
Nakam gedən məhəbbətə çarəmi?!
Niyə yandırırsan belə, aləmi?!
Çağlayan bulaqdır zəngulələrin.
Görən olacaqmı qədir bilənin?!
İlahi varlıqsan xoş avazınla,
Gözəllər oynayar sənin nazınla,
Eyni dərdlisənmiş, sən, Arazımla,
Sən ey şirin səslə nəğmə deyənim,
Nə vaxtsa tapılar qədir bilənin.
Adına "Qızılsəs" söyləyən kəslər
Sənə ürəyində məhəbbət bəslər
Çox nadir yaranar, bax belə səslər,
Niyə xatırlatdın ilk məhəbbəti?!
O ki, yandırardı məni xəlvəti.
Bir ecaz duyular bilki səsində,
Söyləyim qalmasın qoy ürəyimdə.
Beləcə yanardı Əsli, Kərəm də
Sən qoru, sən saxla bu gözəl səsi,
Ürəklərdə yaşasın
"Əbədiyyət" nəğməsi!
16.11.2015
Səməd zirvəsi
Dünən də fəxr idi, elə bu gün də,
Bir şair doğuldu Qazax elində.
Ən adi sözmüzün, cümləmizin də
Əzəl mübtədası, ən son xəbəri
Şerin bayraqdarı o xalq şairi.
Salahlı kəndində xoş bir səhərdə,
Bir körpə dünyaya gözünü açdı.
San ki, bir çıraqdı, şeir dilində,
Doğulduğu gündən o, işıq saçdı.
Dedilər adını Səməd çağırın,
Qoy olsun vətənə, elinə vurğun.
Təbiət bəxşişin verəndə yəqin,
Təmənnasız verir, mən indi bildim.
Bu ölməz insasın, ölməz şairin,
Təmənna olmadı heç vaxt dilində.
O yazdı, yaratdı qələm əlində.
İndi də kim yazsa yaxşı bir şeir,
Deyirlər elə bil Səməd yazıbdır.
Dediyim adicə bir ölçü deyil,
Bu ölçü vahidi zirvə qalıbdır.
Nə qədər şairlər gəlsə də bu gün,
Səməd zirvəsinə ucalmayıbdır.
08.11.2015
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB