Əlli illik yaradıjılığın sərhədsiz dünyası

Ağalar İdrisoğlu - 65

Tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun mart ayının 16-da 65 yaşı tamam oldu. Ömrünün müdrik çağına qədəm qoyan Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün böyük zəhməti, yuxusuz gecələrinin, inadkarlığının hesabına nail olub.

Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq.

Ağalar İdrisoğlu (Mehdiyev) 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik məktəbi və Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1975-ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Andrey Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.

16 yaşından bədii yaradıcılıqla məşğul olur. 40 ildir ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşalarda biri-birindən maraqlı rollar oynayıb. 120-dən çox tamaşalara yüksək peşəkarlıqla quruluş verib.

O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib. Bu işlərlə paralel, Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə Şöbəsinin sədri olub.

Ömrünün 50 ilə yaxınını bədii yaradıcılığa həsr edən Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Şahidin şahidləri və şəhidləri", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün səlnaməsi" romanlarının, "Vicdan mühakiməsi", "Ulu Tanrı və ağ gəmi əhvalatı", "Bura Vətəndir", "Kəfənini geymiş qoca", "Ömür yolları", "Teatr sənətinin aşiqi" povestlərinin, "Həyatın astanasında", "Törtöküntülərin aqibəti", "Doğum evinin qarşısında", "Qonaq", "Çarəsiz oyun", "İnan mənə", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "İmam Şamil", "Öz qanunları olan şəhər", "Hörmüçək toru" və başqa pyeslərin, 50-dən artıq hekayələrin, esselərin, elegiyaların, 700-dən çox məqalələrin, pulisist yazıların, oçerklərin, ressenziyaların müəllifidir.

Ağalar İdrisoğlunun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Dünya azərbayjanlıları" (müştərək), "Qaranlığı yaran işıq" (Maarif Teymurla birlikdə), "Bir alim ömrünün səlnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq Murtuzayevlə birlikdə) kitabları çapdan çıxıb. 10-dan çox topluda hekayləri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının biri-birindən maraqlı 10 pyesini dilimizə tərcümə edib.

Onun yazdığı və tərcümə elədiyi pyeslər Ağdam, Gəncə, Mingəçevir, Füzuli Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında uğurla tamaşaya qoyulub.

"Həyatin astanasında" pyesi 1981-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb. "İnan mənə" pyesi 1985-ci ildə 48 pyesin içərisində Ümumittifaq gənc dramaturqlar müsabiqəsinin qalibi olub. " Məhəbbət və başqaları" adı ilə Sovet dramaturgiyası antalogiyasının seçilmiş əsərləri kitabında çap olunub. "Şah İsmayıl" pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb (Birinci yer heç bir pyesə verilməyib).

Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı" Osman Mirzəyev adına mükafata və özünün yazdığı "Şah İsmayıl" əsəri isə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi pul mükafatları il təltif olunub. Onun quruluşunda Feyruz Məmmədovun "Bir bayraq altında" tamaşası 1980-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində göstərilib. Və bu tamaşa 15 respublika teatrları içərisində ən yaxşı tamaşa kimi Qızıl medala layiq görülüb. Quruluşçu rejissor kimi Ağalar İdrisoğluna da Qızıl medal verilib. 2005-ci ildə "Avropa Nəşr və Mətbuu Evi"nin keçidiyi ilin ən yaxşı vətənpərvər rejissoru müsabiqəsində Ağalar İdrisoğlu quruluş verdiyi tamaşalara görə, Qızıl medala layiq görülüb.

O, 50 ilə yaxın olan yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun, yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar İnjəsənət Xadimidir.

Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o, təmsil edib.

Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər - direktor işləyib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub. Teatra əlavə 80 ştat verilib.

O, Azərbaycanda uzun müddət bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biridir.

Sumqayıt şəhərinin tarixində ilk dəfə olaraq " Ümid" Teatr-Studiyası və Şabran rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki "Şabran" Teatr-Studiyası məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. "Şabran" Teatr- Studiyasında ilk tamaşa olan, özünün yazdığı "Vətən ağrıları, Vətən dərdləri" pyesinə də Ağalar İdrisoğlu özü quruluş verib.

Azərbaycan teatrları içərisində məhz ilk dəfə onun rəhbərlik etdiyi teatr (H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazaxıstan respublikasının Cambul, Çimkənd vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub.

Azərbaycan peşəkar teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrocekin, Georgi Caqarovun, dramaturqlar Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Cuxovitskinin və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatra ilk gəlişi də məhz Ağalar İdrisoğlunun adlı ilə bağlıdır.

2013- cü ilin may ayında Ağalar İdrisoğlu yazıçı kimi Prezident mükafatçısı olub. 2013- cü ilin iyun ayının 25-də isə ədəbiyyat, injəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

O, bu gün böyük yaradıcılıq həvəsilə bədii əsərlərini, publisist yazılarını, məqalələrini, ressenziyalarını yazır, dünya xalqlarının maraqlı pyeslərini dilimizə tərjümə edir və yeni tamaşalara quruluş vermək üçün bir neçə pyes üzərində işləyir.

Ağalar İdrisoğlunu çoxminli oxucular adından 65 yaşı münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist yaxın vaxtlarda özünün sensasiyalı yeni bədii əsərləri və quruluş verdiyi tamaşalarla oxucularını və tamaşaçılarını sevindirəcək.

Onun haqqında aktyor, rejissor, yazıçı, jurnalist kimi ressenziyalar, kitablar yazmaq istəyən teatrşünastlar, jurnalistlər üçün aşağıda Ağalar İdrisoğlunun oynadığı rolların və quruluş verdiyi tamaşaların, kitablarının siyahısın dərc edirik.

Teatrlarda aktyor kimi oynadığı rolların siyahısı.

Mirzə Ağa Əliyev adına Dövlət İnjəsənət İnstitutunda diplom tamaşaları

1. Cəfər Cabbarlının "Almaz" - Camal

2. Səməd Vurğunun "İnsan" - Filosof Şahbaz

3. Mixail Lermontovun "Maskarad" - Knyaz Zvezdiçkin, Nökər

H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında

1. İsgəndər Coşqunun (S.Vurğunun eyni adlı poeması əsasında) "Komsomol poeması" - II Çoban

2. Mehriban Nəzərovun "Dost əli" - Dərviş

3. Anarın "Adamın adamı" - Fənd Fərəc

4. Cəfər Cabbarlının "Almaz" - Camal

5. Gennadi Bokarevin "Poladəridənlər" - Eynəkli oğlan

6. Mixail Lermontovun "Maskarad" - Knyaz Zvezdiçkinin nökəri

7. Cəfər Cabbarlının "Vəfalı Səriyyə" - Məhərrəm

8. Feyruz Məmmədovun "Meşədə döyüş" - Kirpi

9. İsidor Ştokun "İlahi komediya" - Mələk

10. Oktay Məmmədovun "Mehrişah" - İran sərkərdəsi

11. Cəfər Cabbarlının "Almaz" - Camal, Barat ( İkinci quruluşda.)

12. Maksim Karimovun "Toy şənbə günü olajaq" - Mənzil sahibi

13. Hacıbaba Nəzərlinin "Ayıl bax bu dünyaya" ( "Sabir") – Setraq

14. Tofiq Kazımovun "Muradın kələkləri" - Feyruz

15. Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" - Rejissor və Ernest Hemenquey

16. İvan Karaçalenin "İtirilmiş məktub" - İonesku

17. Camal Yusifzadənin "Səhər qatarı" - Manaf

20. Azat Abdullinin "On üçüncü sədr" - Davud Bəyimov

21. Mövlud Süleymanlının "Özü-özünü oynayan qız" - Təzəbəy

22. Vladir Kondratyevin "Saşka" - Leytenat Volodka

A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda kurs tamaşalarında

1. Samuel Marşakın "Pişiyin evi" - Ayı

2. Üzeyir Hacıbəyovun "Arşın mal alan" - Əsgər

3. Cəlil Məmmədquluzadənin "Poçt qutusu" ( t. e. Əziz Şərif, səh. A. İdrisoğlu) - Rəis

4. Mixail Mininin "Lamançalı adam" (Servantesin " Don Kixot" əsəri əsasında) - Sanço Panso

5. Mixail Burqakovun "Kabala svyatoş" ( "Molyer" ) - Molyer

6. Mixail Zoşenkonun "Cinayət və cəza" ( səh. A. Barmak, A. İdrisoğlu) - Qorbuşkin

7. Mixail Zoşenkonun ( səh. A. Barmak və A. İdrisoğlu) "Aktyor" - Aktyor

8. Vera Panovanın "Saputniki" (səh. A. Barmak və A. İdrisoğlu)- kapitan Maxaradze və qızıl əsgər Məmmədov

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarında

1. Cəfər Cabbarlının "Oktay Eloğlu" - Aslan bəy

2. Zəlimxan Yaqubun "Aşıq Ələsgər" - Qoca aşıq

3. Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın" - Kladezni

Azərbaycan və Dağıstan Beynəlmiləl Teatr truppasında

1. Ağalar İdrisoğlu "Salam gətirmişik" - Konferansye

2. Ağalar İdrisoğlu "Dostluq töhfələri"- Koferansiye

3. Ağalar İdrisoğlu "Novruz gəldi yaz gəldi"- Koferansiye

Teatrlarda recissor kimi quruluş verdiyi tamaşaların siyahısı

"Ümid" Teatr- Studiyasında və Sumqayıt Gənclərinin Xalq Teatrında

1. Səməd Vurğun "Azərbayjan" ( şeiri 15 respublika millətlərinin dilində)

2. Kirill Obalenski ( t. e. A. İdrisoğlu) "Qadınlar günü, kişilərin bayramı"

3. Cəlil Məmmədquluzadə "Kamança"

4. Qalib Əhmədov "Usta Haşım"

5. Ağalar İdrisoğlu "Törtöküntülərin aqibəti"

6. Anar "Zənjir"

7. Ağalar İdrisoğlu "Həyatın astanasında"

8. Feyruz Məmmədov "Anasının gül balası"

9. Kərim Həsənov "Sehirli yaylıq"

10. Vasili Şukşin ( t. e. A. İdrisoğlu) "Diribaş adamlar"

11. Feyruz Məmmədov "Bir bayraq altında"

12. Loğman Rəşidzadə "Kukla teatrı"

13. Arif Hajıyev "Səhra məhkəməsi"

14. Ağalar İdrisoğlu "Əməyə eşq olsun"

15. Aleksandr Xmelik "Milyonçu Laptev"

16. Ağalar İdrisoğlu "Meydan oyunları"

17. Ağalar İdrisoğlu "Doğum evinin qarşısında"

18. Rüstəm İbrahimbəyov "Təmas"

19. Ağalar İdrisoğlu "Sumqayıt səhifələri"

20. Ağalar İdrisoğlu "Çarəsiz oyun"

A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ( kurs tamaşaları)

1. Cəlil Məmmədquluzadə "Poçt qutusu"

2. Mixail Zoşenko "Aktyor"

3. Üzeyir Hacıbəyov "Arşın mal alan"

4. Anton Pavloviç Çexov "Ayı ", "Elçilik"

5. Vasili Şukşin ( hekayələri əsasında) "Mikraskop"

6. Vera Panova ( səh. A. Barmak və A. İdrisoğlu) "Sapuntiki"

7. Mixail Minin "Lamançalı adam"

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında

1. Məhərrəm Əlizadə "İlk qurban"

2. Loğman Rəşidzadə "Toya bir gün qalmış"

3. Eduard Bobrov ( t. e. Zakir Abbas) "Vijdanla üz-üzə"

4. Alber Kamyu ( t. e. Vaqif Əlixanlı) "Qismət"

5. Mirzəağa Atəş "Şərəfin sandığı"

6. Zəlimxan Yaqub "Aşıq Ələsgər"

7. Georgi Jaqarov (t. e. Tofiq Məmmədov) "Prokuror"

8. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) "Qaqutsa, Babutsa, Danel, Dardanell"

9. Aleksandr İvaşenko (t. e. Fikrət Sultanov) "Uşağa bir üç yazın!"

10. Cəfər Cabbarlı "Oktay Eloğlu"

11. Ağalar İdrisoğlu "Yeni il nağılı"

12. Əli Səmədli "Analar və oğullar"

13. Leonid Cuxavitski ( t. e. Jamal Yusifzadə) "Şahzadə və bajatəmizləyən"

14. Ağalar İdrisoğlu "Novruz gəldi, yaz gəldi"

15. Roza Qarabağlı "Məhəbbətin işığında"

16. Ə.Haqverdiyev, C. Məmmədquluzadə, M. Zoşenko, V. Şukşin ( t. e. və səhnələşdirəni Elmira Mehdiyeva) "Oyunbazlar"

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında

1. Nəcəf bəy Vəzirov "Ağa Kərim xan Ərdəbilli" ( Valeh Kərimovla birlikdə)

2. Rafiq Səməndər "Dəyişmə"

3. Camal Yusifzadə "Səhər qatarı"

4. Aleksandr İvaşenko ( t. e. Fikrət Sultanov) "Uşağa bir üç yazın!"

5. Ağalar Mirzə "Məlikməmmədin yeni sərgüzəştləri"

6. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) "Qocaların məhəbbəti"

7 Üzeyir Hacıbəyov "Arşın mal alan"

8. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) "Varlı ev"

9. Akif Həsənoğlu "Yanmış evin nağılı"

10.Akif Həsənoğlu "Dünyaxanım ev axtarır" (Valeh Kərimovla birlikdə)

11.Ağalar İdrisoğlu "Şah İsmayıl"

12.Ağalar İdrisoğlu "Yeni ilin sevincləri"

13.Ağalar İdrisoğlu "Sabir Rüstəmxanlının portret cizgiləri"

14.Əbdürrəhim bəy Haqverdiyev və Can Kever "Ağa Məhəmməd şah Qacar" ( Şahmar Qəribli ilə birlikdə)

Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasında

1. Ağalar İdrisoğlu "Dostluq töhfələri" ( Səhənciklər və mahnılar əsasında)

2. Ağalar İdrisoğlu "Novruz gəldi yaz gəldi"

3. Ağalar İdrisoğlu "Salam gətirmişik" (Azərbaycan və Dağıstan xalqlarının mahnıları, rəqsləri, şeirləri və səhnəjiklər əsasında teatrlaşdırılmış konsert-tamaşa)

Azərbaycan Dövlət Gənclər Teatrında

1. Ağalar İdrisoğlu "İnan mənə"

2. Zeydulla Ağayev "Haray"

3. Vaqif Əlixanlı " Anaların fəryadı" ( monotamaşa)

4. İlyas Əfəndiyev "Məhv olmuş gündəliklər"

5. Aleksandr Suxovo-Kobılin "Tarelkinin ölümü"

6. Hidayət "Məhəbbət yaşayır hələ"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

1. Vaqif Əlixanlı "Əjəl atı"

2. Firuz Mustafa "Pələn ili"

3. Panço Paçev "Dörd əkiz"

Azərbaycan Dövlət Qusar Ləngi Dram Teatrında

1. Mirzə Fətəli Axundzadə "Xırs quldurbasan".

Şabran rayonun Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki "Şabran" Teatr-Studiyasında

1. Ağalar İdrisoğlu, Mehparə Cəfərova "Adın şərəflidir sənin ey qadın" ( tamaşa-konsert)

2. Ağalar İdrisoğlu və Cabir Əmrahov "Novruz gəldi yaz gəldi" ( teatrlaşdırılmış tamaşa-konsert)

3. Cabir Əmrahov, A. İdrisoğlu "Vətən ağrıları, Vətən dərdləri" ( tamaşa)

4. Ağalar İdrisoğlu "Sülh günəşli ellər atası" (tamaşa)

5. Ağalar İdrisoğlu, Mehparə Jəfərova "İstiqlal marşı" ( tamaşa-konsert)

6. Cabir Əmrahov "Xocalı harayı" ( tamaşa)

7. Ağalar İdrisoğlu, Cabir Əmrahov "Novruz gəldi, yaz gəldi" ( teatrlaşdırılmış tamaşa-konsert)

8. Ağalar İdrisoğlu " Qarabağ havayı" tamaşa

O, Sumqayıt şəhərində, Ağdam və Şabran rayonlarında keçirilən əmək, incəsənət teatrlaşdırılmış bayramların, Natəvan qızlar teatrlaşdırılmış bayramların, yeni il, Novruz teatrlaşdırılmış şənliklərinin, "Cıdır" yarışı el şənliyinin ssenari müəllifi və quruluşçu rejissoru olub. 40-dan çox belə teatrlaşdırılmış tamaşa-konsertlərin quruluşçu recissoru da məhz Ağalar İdrisoğlu olub.

Beləliklə, aktyor və rejissor kimi 45 illik yaradıcılıq fəaliyyətində, 40 rol oynayıb və 120-dən tamaşaya və tamaşa-konsertə quruluş verib.

Çap olunan kitabları

1. İnan mənə ( pyes ayrıja, rus dilində).

2. Ən xoşbəxt gün ( pyes ayrıja, rus dilində).

3 Məhkəmədən əvvəl məhkəmə və ya Kəfənini geymiş qoja.

4. Ramiz İslamoğlu sorağında və ya Əkmə qəm ağajı.

5. Qaranlığı yaran işıq ( Maarif Teymurla birlikdə).

6. Dünya azərbaycanlıları (Azərbaycan və rus dillərində, müştərək).

7. Bir alim ömrünün səlnaməsi.

8. Vicdan mühakiməsi.

9. Dözə bilmədi ( Sadıq Murtuzayevlə birlikdə)

On beş kitabda, toplularda hekayələri, esseləri, pyesləri və tərcümə etdiyi pyeslər çap olunub.

Uzun illər Azərbaycanın ayrı – ayrı teatrlarına rəhbərlik etdiyi və bəddi yaradıcılıqla məşğul olduğu vaxtlarda, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaca çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özümün bədii və publisistik əsərlərində, quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var. Həyatının ən çətin məqamlarında ailə üzvləri ona arxa-dayaq olurlar.

Hacı Tofiq Seyidzadə

"Tərəqqi" medallı, yazıçı-publisist, jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə