Elə bir tapşırıq verdin,

Həllini tapa bilmirəm.

Cilovsuz at bağışladın,

Çırpınır, çapa bilmirəm.

Zirvəyə dırmaşıb qaldım,

Özümə sarmaşıb qaldım,

Bu yerə yapışıb qaldım,

İçindən qopa bilmirəm.

Xanım İsmayılqızı

Bütün xəbərlər Facebook səhifəmizdə