Uzaq düşüb dünyanın dərd- sərindən,

Bir quş olub buludlara qonardım,

Sevgilimin tutaraq əllərindən,

Məhəbbətin alovunda yanardım .

Xoşbəxtlərin xoşbəxtiyəm, sanardım.

Hey uçardım dərə – təpə üzündən.

Həzz alardım buludlar dənizindən .

Xoşlanardım yarımın bənizindən,

Vüsalımın alovunda yanardım,

Xoşbəxtlərin xoşbəxtiyəm ,sanardım.

Oynayardıq ay ətrafı əl -ələ,

Sevgimizlə qarışardıq gur yelə,

Sevişərdik səmalarda bax belə,

Bu seginin alovunda yanardım,

Xoşbəxtlərin xoşbəxtiyəm, sanardım .

Tahirə Laçın

Bütün xəbərlər Facebook səhifəmizdə