Atılıb-düşməyə yerim yox artıq,

Dörd divarın arasında ilişdim.

Çəkildim özümə son nəfəs kimi,

Buza dönmüş bir ürəkdən sürüşdüm.

Səsim çıxmır, boğazım kilidlənib,

Açarını kədərimlə bölüşdüm.

Yuvarlanıb daş kimi dəydim bura,

Məni qoruyan mələkdən sürüşdüm.

Gözü açıq ölməyin fərmanı, bu,

İtirdiyim kim vardısa, görüşdüm.

Tanrımın verdiyi ömür payımda,

Fələk gətirən kələkdən sürüşdüm.

Bax, bu zindan, bu qandallar, bu da mən,

Sevmədiyim Əzrayılla öpüşdüm.

Cəllad can almağa gəlmişdi yenə,

Ayağ büdrədi, ölümdən sürüşdüm.

Xanım İsmayılqızı

Bütün xəbərlər Facebook səhifəmizdə