Könlümün qatili kimdi görəsən ?
Odlara tərk edən yoxsa özümmü ?
Axı neçə yerə bölünümki mən ?
Odu söndürümmü? dərdə dözümmü ?
Könlümün qatili kimdi görəsən ?
Xəyalın qənimi?, gözün qorxusu?
Qalmadi qorxudan iz də, deyəsən
Görəsən nə imiş izin qorxusu ?
Könlümün qatili kimdi görəsən ?
Açılmır nədənsə "cinayət işi"
Bilmirəm bu haqda hara yazım mən ?
Sübut üreyimin asta yerişi
Könlümün qatili kimdi görəsən ?
Zamanla onu da qınamaq olmur
Yorulub deyirəm günahkaram mən
Çunki günahkarı tanımaq olmur
Heç düşünmədinmi sabah nə olar ?
Bu günün qərarın verib,bitirdin
O qatili tapsam ,qəribə olar
Məktub buraxıb ki: "Məni itirdin"
Könlümün qatili kim oldu indi ?
Ocağı söndürən? Yoxsa yandıran ?
Mənim suallarım yaman çətindi
Tapılmır bir nəfər cavablandıran
Qatilim olmağa cəsarətin var
Ortaya çıxmağa yoxdu heç nəyin
Gizlenib baxmağa ferasetin var
Boylanıb baxmağa yoxdu heç nəyin
Qatilim, de kimsən, bilim sadəcə
Qorxma, inan,zərər çəkməyəksən
Eybi yox,yuxuma gələrsən gecə
Heç kimə demərəm, söz verirəm mən.
Elnur Xəzri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB