Anam darayıbdır saçını yana
Başından şalını mən düşən gördüm
Əyilib şalını verəndə ona
Anamın başına dən düşən gördüm
Niyə ağarıbdır başın ay ana
Təbiətin qanunu belədir -dedi
Niyə qırışıbdır üzün ay ana
Bunların günahı dünyadır-dedi
Baxıram anamın nurlu gözünə
Dünyanı görürəm gözündə sanki
Mən sual verirəm özüm-özümə
Bunların günahı özüməm sanki
Nigar Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB