Bu gün də doğma deyil ki,

Gəlib yanımdan keçəcək.

Bir günlük nəfəsi alıb,

Bir ömürlük qan içəcək.

Toxunacaq gedişlərə,

Qəm köynəkli gərdişlərə.

Sadiq qalıb vərdişlərə,

Dəqiqələri biçəcək.

Göyü belə havasızdı,

Saatları mənasızdı,

Bu gün yenə yuvasızdı,

Bu dar boğazdan köçəcək.

Yavaşca sürünüb keçə,

Gözlərə görünüb keçə,

Axşama bürünüb keçə...

Gecəyə kimi seçəcək...

Xanım İsmayılqızı

Bütün xəbərlər Facebook səhifəmizdə