"Məhəbbətin əlindən sən denən necə qaçım?!" ŞEİR

Yarandığım günün də, ayın da sevgisi var,

payızın da, yazında , yayın da sevgisi var,

Dənizlərə qovuşan çayın da sevgisi var,

Məhəbbətin əlindən sən denən necə qaçım?!

Bu işıqlı həyata gözlər baxır sevdalı,

Hər gün yeni ruh ilə Günəş çıxır sevdalı,

Uzun-uzun yolları Bulaq axır sevdalı,

Məhəbbətin əlindən sən deenən necə qaçım?!

Qaçmaq da istəmirəm səndən uzaq dünyaya,

Həsrət qalmışam sənsiz şirin yuxu, röyaya,

Sən Şəhlanı salmısan ən sevimli sevdaya

Məhəbbətin əlindən sən denən necə qaçım?!

Şəhla Ramazanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə