Yadından çıxıbdır mənim sözlərim

Amma sən olmusan mənim əzbərim

Sevgi ilə baxan gözlərim

Bir daha gözünə baxmayacaqdır

Uzatsan əllərin çatmayacaqdır.

Çox şirin eşitdim sənin dilindən

Faydalar görmədim onun birindən

Əllərim tutacaqdı sənin əlindən

Vəfasız əllərin tutmayacaqdır

Uzatsan əllərin çatmayacaqdır.

Bir zaman sənindim sənin əlində

Məni də itirdin günün birində

Mənim sevgim durub sənin önündə

Ox olub qəlbini oxlayacaqdır

Uzatsan əllərin çatmayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə