Necə dözək belə dərdə
Yaşamağa qoymur bizi.
Bələkdəki körpələr də
İt yerinə saymır bizi...
Div deyilik oyuncağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur...
Ovluyuruq görən kimi
Yavan düşür,yağlı düşür.
Adam varki,yeyən kimi
Qarnımıza ağrı düşür.
Div deyilik oyunçağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur.
Qalınlaşıb insan gönü...
Ağzımızda diş qalmayıb
Hamı yeyir bir-birini,
Daha bizə iş qalmayıb....
Div deyilik oyunçağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur...
Ramiz Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə