"Ötən günlərimi nə tez yaşadım" ŞEİR

Anlamaq çətindir həyatı, sirdir,

O hər bir insanın ömrü qədərdir,

Ağarır saçımın qarası bir-bir,

Ötən günlərimi nə tez yaşadım.

O çağlar şəkiltək qalıb divarda,

Dönüb xatirəyə, solubdur orda,

Mən harda, uşaqlıq, cavanlıq harda,

Ötən günlərimi nə tez yaşadım.

Hardadır üstünə qar atdıqlarım,

Qəlbində məhəbbət yaratdıqlarım?

Yadıma düşməyir unutduqlarım,

Ötən günlərimi nə tez yaşadım.

Cavanam, görünmür dünya gözümə,

Həyat da hələki gülür üzümə

Nə vaxtsa deyəcəm özüm-özümə,

Ötən günlərimi nə tez yaşadım.

Əjdər Cəfərli

Bütün xəbərlər Facebook səhifəmizdə