Durub düşündükcə hər an,

Axıb gedir yenə zaman.

Nədənsə edirəm güman,

Gəncliyim bir yuxu imiş.

Yaşadığım bu məhəbbət,

Heç vermədi istirahət.

Elə sevirdim ki, fəqət

Sadacə bir yuxu imiş.

Mən quru oduna yandım,

Olanları gerçək sandım.

Amma qəfildən oyandım,

Sən demə bu yuxu imiş.

Bircə kəz anlaya bilsək,

Sirlərini çözə bilsək.

Qəbul etsək ya etməsək,

Həyat da bir yuxu imiş !

Qarabəy Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə