"Sevgi cəlladının yaşatdıqları" ŞEİR

Bir yerdə yanacaq qəlbimiz səninlə,

Bir yerdə ağrıya səs salacaq könül telləri.

Səhf saya bilmədiyin şeylər incitdikcə səni,

Dillənəcək kədərdən qəlbinin səsləri.

Sındıra bilməzsən eşq camının içindəki ruhu,

Silə bilməzsən sevgi vərəqindəki yazıları.

Yazılan yazını poza bilməzsən əbədi,

Olmayacaq bir daha heç kim qəlbinin məlhəmi.

Səsində duyduğum rahatlıq və narahatlıq,

Danışdı eşqindən verdi səs-səsə

Gizlədə bilmədiyin o duyğuların,

Çoxdan bəyan edib özünü hərkəsə.

Yandı bağrım çıxara bilmədiyim səslərlə,

Sadəcə süzülən göz yaşlarım vardı.

Şəklinə baxdığım həmin əllərlə,

Sildikcə göz yaşlarımı gəlirdi ardı..

Nahid Həbibov

Bütün xəbərlər Facebook səhifəmizdə