Deyəsən hardasa yağışdı yağan,
Doldu ürəyimə qərib bir səda.
Mənə pəncərədən qorxusuz baxan,
İslandı bir parça gün işığı da...
Uzaq doğmaların soyuq nəfəsi
Dönüb bu yağışa üşütdü məni.
Oyandı bir eşqin Məcnun həvəsi,
Hardasa bir Leyli eşitdi məni...
Ürəyim kövrəldi, əzizim, sənə
İstədim çox kövrək bir nəğmə yazım.
Hardasa bir yağış başladı yenə,
İslandı bir parça azadlıq arzum...
Bu yağış səhəri gətirər, görən,
Yoxsa ömür kimi gecə yarıdır?!
Vallah, yağış deyil göydən tökülən,
Məni sevənlərin göz yaşlarıdır!..
Baba Vəziroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB