Səni səstək tapacaqlar

Döyəndə dost qapısını.

O ağ kölgən oxşayacaq

Bir ovuc qar topasına.

Qar bilib kürüyəcəklər

o səsi barmaqlarından.

Ürək kimi döyünəcək

Nəfəsim barmaqlarında.

Küləksiz, qarsız, yağışsız

Göylər darıxacaq yaman.

Gün doğacaq, istisini

Udub gizlədəcək duman.

Dua elə, inan, inan,

Günəş ölmür gün batanda.

Qartopudu bəlkə duman,

Göyün yeddinci qatında.

Səhər Əhməd

Bütün xəbərlər Facebook səhifəmizdə