Yağan bir yağış olub,

Üzərinə tökülüb

Yanağından süzülsəm;

Yazan qələmin olub,

Əllərinə toxunub

Daim səninlə olsam;

Axan göz yaşın olub,

Yanağından süzülüb

Dodağına toxunsam;

Baxdığın hər şey olub,

Daim önündə durub

Gözlərinlə görüşsəm;

Ən böyük arzun olub,

Ürəyindən qovulub

Bir gün yerinə yetsəm;

Sinif yoldaşın olub,

Sənə qəlbən vurulub

Ömür boyu sevərsəm;

Söylə solmayan gülüm,

Ətirli qızılgülüm

Sevərdinmi sən məni?

Bütün xəbərlər Facebook səhifəmizdə