Nə kökü kəsilir, nə yel aparır
Kök atmış ağacdı yolumda günah!
De hansı tərəfə çevrilim, baxım,
Sağımda günahdı, solumda günah!
Etdiyin savablar dəyməsin daşa
Məbadə ömrünü mənim tək yaşa
Mən dahi aktyor, həyat tamaşa
Bir ömür oynadım rolumda günah!
Bəlkə bəşər özü kir içindədi
Həyat pintiləşir, günah kimdədi?
Bilmirəm yaşamın mənası nədi
Ölümdə günahdı, qalımda günah!
Yığmışam üstümə çox günahları
İndi öz nəfsimə dustağam barı
Gəldim üzü qara məhşərə sarı
Sonunda tutuldum qolumda günah!
Əlisa Ağammədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB