(YAP-ın 22-ci ildönümünə həsr olunub)
Ölkəni zirvəyə doğru aparan
Yeni Azərbaycan Partiyasıdır!
Yüksək qələbəyə, uğura aparan
Yeni Azərbaycan Partiyasıdır!
Güc tapan Öndərin ideyasından,
Böyük ilham alan Heydər adından,
Məşəlləşən Odlar Yurdu odundan
Yeni Azərbaycan Partiyasıdır!
Tərəqqiyə qəti addımlar atan,
Ölkəni qoruyan parçalanmadan,
Gedən gələcəyə parçalanmadan
Yeni Azərbaycan Partiyasıdır!
Az oldu yadlara işləməyən kəs,
Çoxunu çaşdırdı iştaha, həvəs,
Xalqı qəlb oduyla isidən nəfəs
Yeni Azərbaycan Partiyasıdır!
Cəbhə, "Milli Şura", həm də Müsavat,
Onları xarici zibilliyə at,
İçindən vulkan tək püskürən həyat
Yeni Azərbaycan Partiyasıdır!
Valeh Məhərrəmli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB