-Elə baxma qadan alım,
Hər baxanda könlüm olur dilim-dilim
-Necə baxım?
-Elə bax ki, mən də sənə baxa bilim.
-Bu mənim öz baxışımdır.
Hardan alım təzə baxış?
-Düzü məndə can qalmamış
-Onda baxma!
-Necə?Məgər bu mümkünmü?
Gülüm məndən nə tez bezdin?
Əgər sənə baxmasaydım,
Sən də belə görünməzdin.

Nüsrət Kəsəmənli

Bütün xəbərlər Facebook səhifəmizdə