Mən ona hər gün aşiqəm,

O mənə… – bilə bilmirəm.

Xəyalıyla dərdləşirəm,

Özünə… – dinə bilmirəm.

"Can" deyirəm, canım olmur,

Sevirəm, sultanım olmur,

Olmur, bə, ay canım, olmur,

Könlümdən silə bilmirəm.

Desin Əkbər – bu nə haldı.!?

Ağ üzə qara sevdadı…

Unutdum, doğmanı-yadı,

Dil əzbərim olan adı…

Gələrmi dinə? – bilmirəm…

Bütün xəbərlər Facebook səhifəmizdə