“Kədərlə qatarlanmışam” ŞEİR

İllər ömrümüzdən ayrılıb gedir,

Səmadan süzülən yağmurlar kimi.

Son dəfə kədərlə qatarlanmışam,

Quşlar səfər vaxtı düzülən kimi.

Nə qədər çalışsan unutmaq olmur,

O sənli günlərə qayıtmaq olmur.

Ağlayan ürəyi ovutmaq olmur,

Məndən uzaqdasan səmalar kimi.

İntizarla dolu, qəmli buludam,

Saralıb düşmüşəm yarpaqlar kimi.

Şəklinə baxaraq xəyal qurmuşam,

Ömrümdə sən qaldın, röyalar kimi.

Aytən Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə