Qızları könülsüz verməyin ərə!
Eşidin atalar, duyun analar,
Qızları könülsüz verməyin ərə!
Qoymayın bir omür odda yanalar,
Qızları könülsüz verməyin ərə!
Öyrənin qəlbinə yatanı varmı,
Ox olub köksünə batanı varmı,
Başına bir yaylıq atanı varmı,
Qızları könülsüz verməyin ərə!
Məhəbbət saraydır tacı, taxtı var,
Hər işin də zamanı, vaxtı var,
Hər kəsin öz qisməti, bəxti var,
Qızları könülsüz verməyin ərə!
Həyat gözlərində şam kimi sönər,
İşıqlı dünyası zülmətə dönər,
Ata ocağına bəxti kəm dönər,
Qızları könülsüz verməyin ərə!
Gözləri yol çəkər sirdaşı olmaz,
Göynəyən yarsı bir an sağalmaz,
Başından kədərli duman dağılmaz,
Qızları könülsüz verməyin ərə!
Basmayın bağrına köz əlinizlə,
Qoymayın qəlblərdə iz əlinizlə,
Bədbəxt eyləməyin öz əlinizlə,
Qızları könülsüz verməyin ərə!
Mücirəddin Mübarizoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB