"Dünya beşdən böyükdür" bu ifadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.
Obama guruldayır,
Təhdir edir heçliyi.
Marağını qoruyur
BMT-nin beşliyi...
Dünya beşdən böyükdür.
London hesab edir ki,
Siyasətdə diridir.
Sübutu da budur ki,
O, beşlərdən biridir...
Dünya beşdən böyükdür.
Ukraynaya gözdağı
Rusiya qoşunları.
Putin göz ağardaraq
Qorxuzur qonşuları...
Dünya beşdən böyükdür.
Bu Fransua Olland
Üzdə əsl heçdə bir.
Gülüb deyir Fransa
BMT-də beşdə bir...
Dünya beşdən böyükdür.
Keyfiyyətli sayılır
Orda sosial quruluş.
Çində hesab edirlər
Pekindədir qurtuluş...
Dünya beşdən böyükdür.
Beşlər öz marağında
Artır qırğın, dağıntı.
Beşlər on beş olmasa,
Yer çəkəcək sıxıntı...
Dünya beşdən böyükdür.
Valeh Məhərrəmli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB