Naxçıvanı dolandıqca,
Qərinələr düşür yada.
Həzilərin, Mehdilərin,
Bir iz qoyub bu dünyada.
Güllə batmaz orduların,
Dar məqamda yetib dada.
Torpağımdan qüvvət alıb,
Dostun, yarın Azərbaycan.
Yevlax, Gəncə, Tovuz, Qazax,
Şəmkir boyu gəzdim səni
Kürdəmirin təbiəti
Bəzəyibdi hər güşəni
Gədəbəyin, Daşkəsənin,
Kəlbəcərin mil mədəni,
Heç əriməz şah dağından,
Yazda qarın Azərbaycan.
Bahar vaxtı eskik olmaz
Yaylağından tütək səsi.
Bərdə, Tərtər, Hindarxından,
Gəzib doymaz heç bir nəsil
Nəfəsinlə bəstələnib,
Qarabağın şikəstəsi
Dinləyəni valeh edir
Nəğməkarın Azəbaycan.
Cəlilabad dörd bir yandan,
Bir cənnətdir başdan-başa
Daşburunu, Füzulini,
Min fərəhlə gəzdim qoşa
Azıx mağara həsrəti,
Gözlərimdə dönüb yaşa
Bunu duyub qəmgin ömür,
Sənətkarın Azərbaycan.
Qədim Gəncə Nizami tək,
Dahilərə layla çalıb.
Lənkaranı, Masallını,
Tarixlərə soraq salıb
Bir ziyarət məkanısan,
Gəlib, gedən ilham alıb.
Əyilməzdi döyüşlərdə,
Şah vüqarın Azərbaycan.
İlqar Dağlaroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB