Məşhur yazıçıların asılı olduqları vərdişləri
Elizabet Brauninq- ağır onurğa ağrılarını azaltmaq üçün 15 yaşından tiryək çəkməyə başlayıb. Otuz yaşından sonra ürək ağrıları olduğuna görə tiryəkdən istifadə edirmiş.
Çarlz Dikkens- Çarlz Dikkens qəribə səslənsə də, morqda oturmağı sevərmiş. Hansısa şəhərə gedəndə o ilk növbədə morqa baş çəkər, saatlarla orda oturarmış. Onun meyitxanada bütün gününü keçirdiyi də olurmuş. O, cəsədlərin necə gətirildiyini, yarıldığını, dəfnə hazırlandığını müşahidə edirmiş.
Ernest Heminquey- alkoqol həyat tərzi olub. Ömrünün böyük bir hissəsini sərxoş vəziyyətdə keçirib. Yazıçı 1950-ci illərdə avtomobil qəzalarında alınmış travmalardan sonra içməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB