Bir ömür yaşadım, felə uymadan,
Bəxtimə dörd övlad, iki yar düşdü.
Gözüm gözəllərdən hələ doymadan
Ələndi başıma dümağ qar düşdü.
Mən ağa ağ dedim, qaraya qara,
Qalxanım,qılıncım oldu düz yolum,
Bir dostum hardasa düşəndə dara
Can atdım yanında birinci olum.
Sevdim insanları canımdan artıq,
Hər uğur, hər sevinc məni ucaltdı.
Bir mərdi bir namərd dara çəkəndə
Dərd mənə güc gəldi, məni qocaltdı.
Fəqət kişi kimi bir ömür sürdüm,
Sevgimdən yol çəkdim, mən körpü saldım.
Həyatda hər kəsin mən borcun verdim
Ürəyim, tək sənə mən borclu qaldım.
Ramiq Muxtar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB