İntiqam Yaşarın "Adını çəkirəm" kitabı təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının imza və təqdimat törəni baş tutub.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən tədbirdə tanınmış ədəbiyyat və ictimaiyyət nümayəndələri, oxucular, mətbuat təmsilçiləri iştirak ediblər.

Əkbər Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, filologiya elmləri doktoru Təranə Turan Rəhimli, AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şair Süleyman Abdulla, şair Polad İbrahimoğlu, şair Şahin Qədir, yeni nəsil yazarlardan Kulis.az dərgisinin baş redaktoru, şair Ulucay Akif, şair Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli və digərləri çıxış ediblər. Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.

Sonda müəllif yeni çap olunmuş kitablarını imzalayaraq iştirakçılara bağışlayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB