Birlik, həmrəylik rəmzi Dəmir Yumruq ŞEİR

Bizim işimiz haqq işi,

Yolumuz haqq yoludur.

Hər şeydən əziz Vətən

Müqəddəsdir, uludur.

Tarixi torpaqları

Düşməndən alacağıq.

İşğaldan azad edib

Sahibi olacağıq.

Tarixi ədaləti

Bərpa edəcəyik biz.

Elliklə o yerlərə

Birgə gedəcəyik biz.

Vətən müharibəsi

Başladığı bir gündə

Müsəlləh bir əsgərtək

Hər kəs öz səngərində

Ali Baş Komandanın

Dinlədi Çağrışını,

Müdrik, mətin, mübariz

Alovlu çıxışını.

İnamla səs verdi xalq

Rəhbərin haqq səsinə,

Vətən müharibəsinin

Şanlı qələbəsinə.

Xalqımın vuran qəlbi

Bir ümman tək döyündü.

Birliyi, həmrəyliyi

Dəmir yumruğa döndü.

Qalxıb o Dəmir yumruq

Döyüşdə qalib oldu.

Rəhbər, ordu, xalq birgə

Etimadı doğrultdu.

Qalxıb o Dəmir yumruq

Hünərlə Zəfər çaldı.

Birliyin, həmrəyliyin

Rəmzi kimi ucaldı.

ŞƏMİSTAN GÖYÇƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə