Şairə Lilpar xanımın “Divan” kitabının təqdimatı - FOTOLAR

Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya Evində tamaşaçılar tanınmış qəzəlxan-şairə Lilpar Cəmşidqızının qəzəl dünyasına toplaşaraq onun "Divan" kitabının təqdimatını keçiriblər. Tədbirdə tanınmış şairə Xatirə Xatun aparıcılıq edib. Tədbirdə tanınmış muğam ifaçısı və bilicisi Azərbaycan Respublikasının Əməkdar müəllimi, Milli Konservatoriyanın baş müəllimi Qəzənfər Abbasov öz tələbələri ilə birlikdə yüksək səviyyədə çıxış ediblər. Onun tələbələrindən Muğam müsabiqəsinin iştirakçısı Zaur Mürsəlov, Əlisəfa Qasımov, Yeganə Məmmədova, Səma Dadaşova, Qətibə Salmanova, Ümid Hüseynli, Qurban Abdullalı özəl ifaları ilə tamaşaçıları heyran ediblər.

Tarda İlhamiz İsmayılov, Səid Hüseynov, kamançada Mahir Quliyev mahir ifaları ilə xanəndələri müşayiət ediblər. Eləcə də 2013-cü il Muğam müsabiqəsi laureatı, tanınmış xanəndə Xətai Hacıyev, Sumqayıtdan Əhməd Bakıxanov adına musiqi məktəbinin müəllimi, xanəndə Firudin Ağayev gözəl, yaddaqalan ifaları ilə gələn qonaqların könlünü oxşayıblar. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycanı Komissiyasının sədri, hörmətli şair Sayman Aruz, Sosialist Əməyi Qəhrəmanı, tanınmış pambıq ustası Tərlan xanım Musayeva, Dədə Ələsgər Ocağının direktoru Xətai Ələsgərli, "Mirvari Dilbazi" Ədəbi məclisnin rəhbəri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, Lənkərandan tanınmış şair və Lilpar xanımın ustadı Əhməd Haqsevər , Buzovna qəsəbəsindən şair, ilahiyyatçı Soltan Əlizadə , eləcə də Buzovna qəsəbəsindən gələn və iki "Divan" müəllifi, hörmətli şairə Gülarə Munis, Maştağadan ustad şair, alim, ilahiyyatçı Hacı Gülbala Fənai, xeyriyyəçi Hacı İntiqam, gənc şairə Vüsalə Vətənxan Mehri iştirak eləyiblər. Şəhid anası Tahirə xanım Bədəlova və onun gözəl qızları həkim Nərgiz xanım Bədəlova və müəllimə Rəncurə Ərşadqızı, şəhid anası Surəyya müəllimə Mehdiyeva həmin tədbirə gözəl ovqat gətiriblər.

Çox maraqlı keçən bu tədbirdə Sumqayıt şəhərinin tanınmış, hörmətli ziyalıları-şairləri, yazıçıları ata ocağı olan Sumqayıt Poeziya Evində çox böyük fəallıqla iştirak eləyiblər. Bu tədbirdə Əli Kərim adına Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı (Hacıyev), Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin sədri, tanınmış şairə Gülnarə Cəmaləddin, uzun illər təhsil sahəsində çalışan Əməkdar müəllim, Prezidentin Fərdi Təqaüdçüsü, şairə Ofeliya xanım Babayeva, Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin müdiri Təranə xanım Novruzova, Sumqayıt Dostlar Klubunun rəhbəri, tanınmış yazıçı-publisist Hümbət Həsənoğlu, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərindən, Əməkdar həkim Mayılxan Tağıyev, Əməkdar Jurnalist Eyruz Məmmədov, Azər Saleh, Rafiq Mehdi, Əliyar Fərzəliyev, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sumqayıt şöbəsinin sədri Sovet Şükürov, Qızıl Aypara Cəmiyyətinin sədri Mətanət xanım Məhərrəmova, Səməd Vurğun adına Mərkəzi kitabxananın direktoru Natavan Məmmədli Axundzadə, Rəsulzadə Adına Kitabxananın müdiri Ofelya xanım Qafarova, Ədəbi mühitdə sayılıb-seçilən şair, "Dəlidağ.az" saytının rəhbəri Namiq Dəlidağlı, tanınmış ssenarist, kulturoloq, yazıçı Hafiz Eynullayev, şairlərdən Xaqani Abbasəli Öztürk, Xırdalandan Pəri xanım Muradova, Əməkdar artist, şair Nazir Rüstəm, xalçaçı-rəssam Fazil Abasquluzadə, şairlər Mədaxil Cavadlı, Sehran Allahverdi, Binnət Əsgər, Nazlı Çələbi, doktor Səadət Salmanqizi, şairlər-Gülnar Ümid, Aygün Fikrət Huseynzadə, Sevinc Murad, Səbinə Hüseynova, Əliyar Mərdiyev, Süleyman Hüseynov, Süleyman Həziyev, Ehtiram İlham, Hikmət Fərzəli, Polad Məmmədov, Əli Niyazbəyli, Eldar Xanlaroğlu, Firdovsi Cəfərxan, Arzu Göytürk, Vaqif Bilaloğlu, Təvəkkül Goruslu Məmmədov, Rasimə Könül, Şərafəddin İlkin, Aynur Qafarlı, Əzizə Ağahüseynqızı, Arzu Kazımqızı Nehrəmli, tanınmış şair-bəstəkar Hüseyn Sözlü, tanınmış bədii qiraətçi Arzu Heydərova Balsəs, bədii qiraətçi Mehman Mayılxanlı, tanınmış şairə Nəcibə xanım İlkin, xanəndə Hüsniyyə İsmayıllı, Qubadan gələn şair Mövlud Ağamməd, şair, əruzda yazan Gülbala Dadaş, Araz Əfəndi, Siyəzəndən şair Ceyhun Rəşidov, Maştağadan şairlər- Mahir Məmmədov, Böyükağa Müntəzir, Sumqayıtdan əruzda yazan şairlər-Elşad Xaqan, Sadiq Cəfəri və başqaları iştirak eləyiblər. Çox maraqlı və böyük coşqu ilə keçən bu tədbirdən bütün tamaşaçılar zövq alıblar.

Tarixi hadisəyə çevrilən bu tədbirin sonunda çıxış edən yaxından, uzaqdan gələn və şairənin sözünün işığına yığışan bütün tamaşaçılara Lilpar xanım öz təşəkkürünü bildirib. Lilpar xanım tədbirdə olan doğmalarına və başqa dostlara da öz təşəkkürünü bildirib. Və tədbir başlayandan qurtarana kimi Lilpar Cəmşidqızına kömək eləyən qazi və şəhid ailərinə hər zaman maddi, mənəvi köməyini əsirgəməyən həkim Rəna xanım Rzayevaya da Lilpar xanım öz təşəkkürünü çatdırıb. Tədbirin keçirildiyi Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı və Poeziya evinin təşkilatçısı Elvin İntiqamoğlu bu tədbirin daha maraqlı, yüksək səviyyədə keçirilməsində əllərindən gələn bütün köməklikləri ediblər.

Beləliklə, Sumqayıtda poeziya bayramına çevrilən, tanınmış şairə, publisist, jurnalist Lilpar Cəmşiqızının "Divan"ının təqdimatı böyük tarixi hadisə kimi bu tədbirə toplaşanların yaddaşında əbədi qalıb.

Biz oxucular da Lilpar Cəmşidqızından daha yeni və maraqlı bədii əsərlər gözləyirik. Və inanırıq ki, Lilpar Cəmşidqızı Azərbaycan ədəbiyyatında öz sözünü bundan sonra layiqincə deyəcək və məmləkətimizin ədəbiyyat tarixində əbədi yaşayacaq. Çünki o, həqiqətən də Allah vergisi olan, çox istedadlı şairə-qəzəlxandır.

Kəmalə QÜDRƏTQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə