Niyaz Mustafaoğlu

Tarixlərə dastan oldu,
Ana Yurdun Zəfər Günü.
Bayramlardan başda durdu,
Vətənimin Zəfər Günü.
Birləşəndə Yumruq oldu,
“Dəmir Yumruq” qan uddurdu.
Düşmənlərə qan qusdurdu,
Qalib Yurdun Zəfər Günü.
Vətən!-deyib, hücum etdi,
Düşmənləri təslim etdi.
Qalib gəlib, Bayram etdi
Əsgərlərim, Zəfər Günü.
Komandanım mərd, igiddir,
Xalqın öndə Gedənidir.
Qalib gələn Əsgərimdir,
Xalqla birdir, Zəfər Günü.
Qarabağa basdı ayaq,
Şuşamıza asdı Bayraq.
Xankəndini qaytararaq,
Bayram edir, Zəfər Günü.,
Tarixlərə örnək oldu,
Qaliblərdən öndə durdu.
Düşmənləri sözlə vurdu,
Söz söyləyir, Zəfər Günü.
Hər addımı bərəkətdir,
Qarabağı qurur, tikir.
Qürurludur, yenilməzdir,
Mətinlidir, Zəfər Günü.
Xalq-Rəhbər-Ordu üçlüyüm,
Əzəmətim, böyüklüyüm.
Türkəm-deyə, öyündüyüm,
Qabaqdadır, Zəfər Günüm.

Sumqayıt şəhəri,
02. 11. 2023-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə