Heydər dühasından daim güc alan,

İlhamla yüksələn, inamla qalxan.

Nurlu sabahlara şəfəqlər saçan,

Yeni Azərbaycan Partiyasıdır!

Zaman öz sözünü dedi ürəkdən,

Qoşa addımlayan, qoşa döyünən.

Polad biləklərlə xalqa söykənən,

Yeni Azərbaycan Partiyasıdır!

Azərbaycan gənci! – Vətənin mərdi!

Unutma! Bax budur türkün çələngi.

Üçrəngli bayrağım – onun nəhəngi,

Yeni Azərbaycan Partiyasıdır!

Mili istiqlalın keşiyi oldu,

Qurucu İlhamın qurduğu ordu.

Onun zəkasıyla qoruyan odu,

Yeni Azərbaycan Partiyasıdır!

Günü-gündən artır bizim sayımız,

Etibarda, çətin olsun tayımız.

Yüz il keçsə belə, istiqlalımız,

Yeni Azərbaycan Partiyasıdır!

Gülbəniz Heydər qızı Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə