\"YouTube\"a baxış 4 milyarda çatıb

\"YouTube\"a baxış 4 milyarda çatıb

Son 8 ay ərzində \"YouTube\" servisində videoçarxlara baxış sayı 25 faiz artaraq 4 milyarda çatıb. Servisin populyarlığının sürətli artımı \"YouTube\" əlavəli smartfonların geniş yayılması ilə əlaqədardır.


Hər dəqiqədə videoservisə 60 saat video yüklənir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ilin mayında 48 saat olub.


Ötən ilin sonunda \"YouTube\"-un sahibi olan \"Google\" şirkəti videoservisin interfeysinin dizaynını dəyişib.



Bütün xəbərlər Facebook səhifəmizdə