Amerika istehsalı olan hər bir stəkan pivənin tərkibində həmişəyaşıl kimyəvi maddələr ola bilər. Bunlar bədəndə toplanan və təbiətdə parçalanmayan davamlı çirkləndiricilərdir.
ABŞ alimləri müəyyən ediblər ki, sınaqdan keçirilmiş pivələrin 95 faizində əvvəllər çirklənmiş içməli suda aşkar edilmiş PFAS maddələri var.
SİA-nın məlumatına görə, nəticələr Environmental Science & Technology jurnalında dərc olunub.
Tədqiqat nəticəsində məlum olub ki, PFAS-ın ən yüksək səviyyələri məlum su təchizatı problemləri olan ərazilərdə dəmlənmiş pivələrdə aşkar edilib.
Suyun çirklənməsinin uzun tarixi olan Şimali Karolinada Cape Fear çayının yaxınlığında yerləşən pivə zavodları arasında qiymətlər xüsusilə yüksək olub. Belə çıxır ki, hətta pivə zavodlarında müasir filtrlər də bu birləşmələrdən suyun təmizlənməsinin öhdəsindən gələ bilmir.
PFAS su, yağ və kirdən qoruyan xüsusiyyətlərinə görə istehsalda istifadə olunur, lakin onlar təbiətdə toplanır və xərçəng eləcə də digər xəstəliklər riskinin artması ilə əlaqələndirilə bilər.
Alimlər deyirlər ki, problemə göz yummaq olmaz: pivə zavodları və su idarələri onların təmizlənmə üsullarını nəzərdən keçirməli, istehlakçılar isə nə içdikləri barədə düşünməlidirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə