…Bəşəriyyət 2371-ci ildən tez olmayan super sivilizasiya səviyyəsinə çata bilər.
SİA-nın məlumatına görə, bunu “Kulik” agentliyi yazır.
Qeyd olunur ki, alimlər rusiyalı mütəxəssis Nikolay Kardaşevin nəzəriyyəsinə əsaslanaraq bu qənaətə gəliblər. Hesablamaları üçün Karl Saqanın modelindən də istifadə ediblər.
…Bu il bəşəriyyətin planetlərarası səyahət quracağı və enerjinin yeni formasına - günəş enerjisinə çıxış əldə edəcəyi gözlənilir.
Eyni zamanda, super sivilizasiyaya sıçrayış yaradacaq səbəblərdən biri də Yer kürəsində həyat şəraitinin pisləşməsi və məhv olmaq riskidir.
Əvvəllər bəşəriyyətin gec-tez pandemiya, nüvə müharibəsi və ya böyük bir meteorit tərəfindən məhv ediləcəyi bildirilirdi. Qeyd olundu ki, bir çox başqa variantlar var, lakin onların hər biri yuxarıda sadalananlardan daha az ehtimal olunur.
NASA və Yaponiyanın Toho Universitetinin alimlərinin fikrincə, planetimizdə 1 milyard ildən sonra hər hansı bir həyat mümkün olmayacaq, çünki oradan oksigen yox olacaq. Tədqiqatçılar dəqiq tarixi müəyyən etmək üçün 400.000 dəfə xüsusi proqram işlədiblər və bunun 1.000.002.021 olacağını müəyyən ediblər.
Alimlərin fikrincə, anormal günəş prosesləri oksigen apokalipsisinə səbəb olacaq. Onlar hesab edirdilər ki, atmosferin ozon təbəqəsi çox güman ki, məhv olacaq və oksigen tədricən buxarlanacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə