Formula 1 avtomobillərinin ən unikal kolleksiyası satışa çıxarılıb

...Formula 1-in keçmiş rəhbəri Berni Ekklstounun yığdığı unikal yarış avtomobilləri kolleksiyası satışa çıxarılıb. O, 70 illik avtoidman tarixini əhatə edir və dünyada ən vacib və qiymətli sayılır.

SİA-nın məlumatına görə, kolleksiyaya 69 avtomobil daxildir ki, onların da əksəriyyəti Qran Pri və çempionat qalibləridir. Onların arasında Alberto Askarinin idarə etdiyi İtaliya Qran Prisini qazanan Ferrari 375 F1, bir neçə qələbə qazanmış və dövrün ən orijinal avtomobili kimi tanınan Ferrari 312 F1, məşhur “fankar” Brabham BT46B var.

Bu, Niki Laudaya İsveç Qran Prisində qələbə qazandırdı, həmçinin Formula 1 yarışını və konstruktorlar çempionatını qazanan ilk Britaniya avtomobili Vanwall VW10...

Ekklstoun kolleksiyanın satışını nadir və eksklüziv avtomobillər üzrə ixtisaslaşmış Tom Hartley Jnr şirkətinə həvalə edib.

Şirkətin sahibi kiçik Tom Hartli qeyd edib ki, dünyada daha unikal kolleksiya yoxdur və bu, dərrakəli kolleksiyaçılar üçün əfsanəvi avtomobillər almağa müstəsna fürsət yaradır. Ekklstounun kolleksiyasının qiyməti hələ açıqlanmayıb. Formula1-in keçmiş rəhbərinin avtomobilləri ilə ayrılmaq qərarına gəlməsinin səbəbi də məlum deyil.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə