Proflaktik, gigiyenik qaydalara riayət etmək lazımdır - DEPUTAT AÇIQLADI

“Sevindirici haldır ki, artıq Azərbaycanda Covid-19-la əlaqədar xəstələnənlərin sayı gün ərzində sıfıra enib, ölənlər yoxdur. Respublikamızda bununla əlaqədar vəziyyət stabildir”. Bu sözləri SİA-ya açqılamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, bütün bunlar hamısı dövlətimiz tərəfindən əvvəlcədən görülən tədbirlərin nəticəsidir: “Bildiyimiz kimi respublikada üçüncü doza vaksin vurduranların sayı yetərli qədərdir. Bu da növbəti mərhələdə bugünkü stabilliyə gətirib çıxardı. Bütün bunlar koronavirusla əlaqədar davam edir. Bəzi ölkələr hələ də karantin rejimindən çıxa bilməyiblər.

Bilirik ki, yay fəslində havalar isinir və bir sıra virusların yaranma ehtimalı azdır. Amma bununla arxayınlaşmaq olmaz. Çünki yay fəsli bitdikdən sonra payız fəsli gəlir. Payız fəslində havaların soyuması ilə əlaqədar bir sıra xəstəliklər baş qaldırır. Eləcə də qarşıda hələ hansı yeni virusların baş qaldıracağı məlum deyil. Buna görə də insanlara əvvəlcədən hansısa bir proqnozun verilməsi düzgün deyil. Hər halda biz ehtiyyatı əldən verməməliyik. Profilaktik, gigiyenik qaydalara riayət etmək lazımdır.

Bu gün istər qapalı, istər açıq şəraitdə artıq maskalardan qurtulmuşuq. Bu könüllüdür, yəni istənilən şəxs lazım bildiyi təqdirdə maskadan istifadə edə bilərlər. Ümidvaram ki, bütün qaydalara yenə də riayət etməyə davam etsək, özümüzü qorusaq yəqin ki, vəziyyət yenidən kəskin forma almaz. Buna görə də karantin rejimi yumşaldılsa belə ehtiyyatı əldən verməməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə