Sağlam və güclü bədənə sahib olmaq üçün müntəzəm yuxu saatlarınız olmalıdır və eyni zamanda kifayət qədər yatmalısınız. Amma bu nizama mane olan bir çox səbəblər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə də yatmazdan əvvəl musiqi dinləməyi buna misal göstərmək olar. Dinclik verdiyini düşündüyünüz musiqiyə qulaq asmaq çox da məsum deyil.
Araşdırmalar nəticəsində məlum olub ki, yatmazdan əvvəl musiqi dinləmək qulaq qurdlarına, yəni təkrar-təkrar musiqi dinləmək istəyinə səbəb olur və yuxu keyfiyyətini aşağı salır.
Bundan əlavə, instrumental musiqinin də qulaq qurdlarını iki dəfə artırdığı aşkar edilmişdir. Qulaq qurdları kimi tanınan qeyri-ixtiyari musiqi nümayişləri yaşayan insanların yuxu keyfiyyəti arabir qulaq qurdları yaşayan insanlara nisbətən daha pis olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB