“Turkovac” vaksini tətbiq ediləcək? - MÜNASİBƏT BİLDİRİLDİ

"Turkovac” vaksini də inaktivə olunmuş vaksinlərdəndir. Yəni törədicisi zəiflədilmiş, xəstəlik törətməyən səviyyəyə çatdırılmış vaksinlər qrupundandır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, bu vaksinlər bizim istifadə etdiyimiz "Sinovac" tipində olan vaksinlərdir: "Bu vaksinlər üzərində müxtəlif araşdırmalar aparılmış, insan orqanizminə təsiri öyrənilmişdir. "Sinovac"la "Turkovac"ın müqayisəli təhlili də aparılmışdır.

Bildiyimiz kimi bir neçə qrup vaksinlər vardır. RNT mexanizmi üzrə və vektor tipində hazırlanan vaksinlər vardır. Bunlardan əlavə inaktivə olunmuş vaksinlər də var ki, bu da həmin koronavirus törədicisinin zəiflədilmiş formasından hazırlanmış vaksinlər qrupudur. Digər vaksinlərdən fərqi bu cürdür.

1000 nəfər könüllü üzərində həm “Sinovac”, həm də “Turkovac” vaksini ilə sınaqlar keçirilmişdir. Bu sınaqlardan bir sıra nəticələr əldə olunmuşdur. Əldə edilən nəticələrə görə "Turkovac"da yoluxma ehtimalı 2 dəfə daha azdır və həmin yoluxmuş şəxslərdə xəstəliyin şiddəti hər iki vaksində eyni dərəcədə özünü büruzə verib. Yəni burada əsas fərq odur ki, "Turkovac" vaksini digər vaksindən 2 dəfə çox reaksiya verərək insanları virusdan qoruyur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə