“Bəzi hallarda yoluxmaların rəqəmlər baxımından artımını müşahidə edirik. Lakin ümumi tendensiya sağalmaların sayının artması və yoluxmaların azalması istiqamətində gedir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, çünki həm vaksinasiya prosesi sürətlə aparılır, həm də yoluxma nəticəsində immunitet yaranmış insanların sayı çoxalıb: “Dünyadakı tendensiyaya da nəzər yetirsək bəzi ölkələrdə karantin rejiminin yumşaldılması, Britaniyada isə ümumiyyətlə qaldırılmasını müşahidə edirik. Bu onu göstərir ki, tendensiya azalmağa doğru gedəcəkdir. Pandemiyanın artıq zəifləməsini və vaksinasiyanın sürətli aparılması isə pandemiyanın təhlükə elementi kimi tədricən azalacadığını göstərir. Qorunma tədbirləri və vaksinasiya prosesləri ilə birgə vəziyyəti daha da yaxşılaşdırmaq olar. Lakin hər ehtimala qarşı insanlar maarifləndirmə, qorunma və mümkün olduğu qədər insanların sıx olduğu ərazilərdə qoruyucu tədbirlərdən istifadə etməlidirlər. Mən fikirləşirəm ki, biz tədricən pandemiyanın sürətlə azalmasını və normal həyata dönməyimizi təmin edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB