Uşaqlar arasında “İnfluenza” virusunun yayılması artıb

Uşaqlar arasında “İnfluenza” virusunun yayılması artıb

Gəncədə son aylar yüksək hərarətlə xəstəxanaya gələn uşaqların sayında artım müşahidə olunur.

SİA-nın əldə etdiyi məlumata görə, iki sayılı Uşaq Birləşmiş Xəstəxanasına yerləşdirilən uşaqların hərarəti əsasən 39-40 dərəcə olur.

Valideynlər deyir ki, övladlarının hərarəti günlərlə düşmədiyindən məcburən xəstəxanaya müraciət etməli olurlar.

Qızdırma əsasən 4-8 yaş arası uşaqlarda müşahidə olunur.

Rəsmi rəqəmlərə əsasən təkcə son iki ayda xəstəxanaya 200-ə yaxın uşaq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə