Koronavirusun yeni ştammlarının yaranma ehtimalı mümkündür?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada "omikron" ştammının hazırkı sürətlə yayılması şəraitində koronavirusun yeni variantlarının ortaya çıxmasını ehtimal edir.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Cenevrədə keçirdiyi brifinqdə bildirib və dünya ictimaiyyətini vaksinlərin və infeksiyaya qarşı mübarizənin digər vasitələrinin bərabər paylanmasını təmin etməyə çağırıb.

"Pandemiya hələ bitməyib və "omikron"-un inanılmaz sürətlə yayılması ilə yeni variantların ortaya çıxması ehtimalı var. Buna görə də vəziyyəti izləmək və qiymətləndirmək son dərəcə vacibdir. Əgər dünyada koronavirusa qarşı vaksinlərin paylanmasının hazırkı modeli dəyişdirilməsə, bəşəriyyət peyvənd bərabərsizliyinin ikinci və daha da ağır mərhələsinə qədəm qoya bilər", - ÜST rəhbəri bnildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...