Koronavirusa qarşı "buster" dozası təklif olunacaq

Koronavirusa qarşı "buster" dozası təklif olunacaq

İndoneziya tibbi xidmətləri yanvarın 12-dən ölkə əhalisinə COVID-19-a qarşı vaksinlərin "buster" dozaları təklif edə biləcək.

SİA-nın məlumatına görə, bu barədə "Channel NewsAsia" televiziya kanalı bildirib.

İndoneziya səhiyyə naziri Budi Qunadi Sadikin bildirib ki, qərar ölkə prezidenti tərəfindən verilib və proqram yanvarın 12-dən başlayacaq.

Nazirin sözlərinə görə, yanvar ayında "buster" dozaları ilə bağlı proqram 21 milyon insani əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə