Pandemiya başlayan ilk gündən Azərbaycan mühüm addımlar atıb - MÜNASİBƏT BİLDİRİLDİ
“Covid-19 pandemiyası başlayan ilk gündən Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün karantin tədbirləri, səhiyyə infrastrukturunun yenilənməsi, koronavirusla mübarizə tədbirlərinin səfərbər olunması və ona uyğunlaşdırılması istiqamətində mühüm addımlar atdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, xəstəxanaların qurulması, həkimlərin səfərbər olunması, I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdə təhsil almış həkimlərimizin bu işə cəlb olunması, o cümlədən bu sahədə çalışan həkimlərin maaşlarının artırılması covid-19-la mübarizədə ölkə daxilində rəhbərliyin həyata keçirdiyi tədbirlərdəndir: “Bundan əlavə Azərbaycan daxildəki pandemiyaya qarşı mübarizə ilə yanaşı həm də cənab Prezidentin qeyd etdiyi kimi peyvənd millətçiliyinə və peyvənd ədalətsizliyinə qarşı da öz haqq səsini ucaltdı. Sadəcə etiraz etməklə qalmayıb həm Qoşulmama Hərəkatı çərçivəsində ölkələrə yardım etdi, həm də Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində pandemiya ilə mübarizə üçün vəsait ayırdı. Bundan başqa Azərbaycan yaxın və uzaq qonşulara və türkdilli ölkələrə bu istiqamətdə ikitərəfli əlaqələr çərçivəsində birbaşa vaksin yardımı etdi. Digər ölkələrə də həmçinin maddi yardımların edilməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlər dünya ictimaiyyətinin nəzərindən kənarda qalmayıb.
Cənab Prezidentin sentyabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr adından BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında “peyvənd millətçiliyi”, “peyvənd ədalətsizliyi”nə qarşı irəli sürdüyü təklif dekabrın 26-da 179 ölkənin dəstəyi ilə BMT tərəfindən qəbul olundu. Bu da Azərbaycanın göstərdiyi mübarizəni əks etdirir, həm də Azərbaycanı sözünün əri olan bir dövlət kimi dünyaya bir daha tanıtdı. Həmçinin kifayət qədər nüfuzu olan bir dövlət kimi yanlız məsələlər qaldırmır, həm də praktiki olaraq məsələlərin həllinə öz dəstəyini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB