PAXLOVID preparatı "omicron"a qarşı təsirli olmacaq?

Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir

Pfizer tərəfindən COVID-19-a qarşı hazırlanmış PAXLOVID preparatı, koronavirusun "omicron" ştammına qarşı təsirli olmalıdır, çünki o virusun gələcək mümkün mutasiyaları nəzərə alınmaqla yaradılmışdır.

SİA xəbər verir ki, bunu şirkətin icraçı direktoru Albert Burla deyib.

O bildirib ki, peroral yolla daxilə qəbul edilən preparatlar bu virusa qarşı effektiv olacaq: "Peyvəndlərə gəlincə isə, hələlik qeyri-müəyyənlik var. Fikirləşmirəm ki, peyvəndlər "omicron" ştammından qoruya bilməyəcəklər".

Burla əlavə edib ki, bu ştamm haqqında hələ dəqiq məlumatlar yoxdur və yaxın həftələrdə daha çox informasiya əldə ediləcək.

O, həmçinin xatırladıb ki, Pfizer hazırda 80 milyon doza PAXLOVID tədarük etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə