Koronavirus infeksiyasının mənşəyinin yeni bir versiyası ortaya çıxıb. “The Telegraph” nəşri Amerikanın “Bioscience Resource Project” təşkilatının icraçı direktoru Conatan Lathama istinadən 2012 -ci ildə mövcud olan virusun yenidən baş qaldıra biləcəyini yazır.
İcraçı direktorun versiyasına görə, bu infeksiya ilk dəfə çinli bir mədənçinin bədənində aşkar edilib. Virusdan nümunələr, sızma ehtimalının olduğu Vuhandakı laboratoriyaya göndərilib.
Qeyd edək ki, 2012 -ci ildə Çin mədənində işçilər arasında sirli ağciyər xəstəliyi qeydə alınmışdı. Sonradan bunlaın altı nəfəri sətəlcəmə bənzər simptomlara yoluxmuşdu. Nəticədə üçü öldü, qalanları isə altı aya qədər xəstəxanada yatdı. Və 2013-cü ildə həmən yerdə yarasa koronavirusu olan “RaTG13” aşkar edildi ki, bu da COVID-19-a səbəb olan virusla demək olar ki, 96 faiz eynidir.
Amerikalı həkim, bu virusun “təkamül sıçrayışları” edə biləcəyini və bir insanın bədənində çoxalaraq çoxlu mutasiyalardan sağ çıxa biləcəyini istisna etməyib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB