56 min 355 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub

Sentyabrın 26-da Azərbaycanda 56 355 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 701 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 349 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 750, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 195 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...