Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73621 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39629 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 290 808 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB