“Pfizer” peyvəndi kimlərə tətbiq olunacaq? - HƏKİM AÇIQLADI

Bu gündən ölkəmizdə pfizer vaksininin vurulmasına başlanılır.

"Azərbaycanda 2021-ci il yanvarın 18-dən peyvənd prosesinə başlanılıb. İyunun 7-dən “Pfizer” vaksini ilə davam edəcək". Bunu SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.

Həkim vurğulayıb ki, koronavirusa qarşı vurulan “Pfizer” vaksinlərinin 30 yaşdan yuxarı insanlara vurulması məsləhət görülür: "Aşağı yaş qruplarına isə bu vaksinin vurulması üçün hələ hazırlıq gedir. Lakin, firma öz bəyanatlarını elan etdikdən sonra, biz deyə bilərik ki, bu vaksin hansı yaş qruplarını əhatə edəcək".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə